Gəncədə tibb işçiləri üçün təlim keçirilib. Bu haqda 6 iyun tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Təlim Gəncə Dövlət Universitetinın baş müəllimi Göyçək Pirverdiyeva tərəfindən təşkil edilib. “Tibbi heyət və güvənliyin etik davranış qaydaları – Effektiv ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi” mövzusunu əhatə edən təlim interaktiv xarakter daşıyıb.
Universitetin təlimçi müəllimi Lamiyə Hacımuradova tərəfindən keçirilən məşğələlər interaktiv xarakter daşıyır və bu cür təlimlərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulub.
Görüş Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) Xəstə Xidmətləri və Dəstək Xidmətləri şöbəsinin əməkdaşları üçün təşkil edilib.