15.3 C
Gence
11.5 C
Ganja

Səhər saatlarında baş verən qətlin təfərrüatları açıqlanıb

Gəncədə 34 yaşlı qadının qətli ilə bağlı təfərrüatlar məlum olub. Bu haqda 2 noyabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Bu gün, noyabrın 2-si səhər 7 radələrində Səbinə Abbasovanın qətlə yetirilməsi ilə bağlı xəbər paylaşmışdıq. Bildirilir ki, mərhum müğənni kimi fəaliyyət göstərib. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını bıçaqlayıb.

Abbasov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun daha öncə də məhkumluq həyatı yaşadığı bildirilir.

Hadisə ilə bağlı mərhumun xalası məlumat verib:

“Səbinə səhər tezdən zəng edib dedi ki, ögey qardaşı gəlib binanın qarşısında onu gözləyir. Biz dedik ki, çıxma, polisə zəng elə. Səbinə daha əvvəl də dəfələrlə polisə müraciət etmişdi, ögey qardaşı ilə arasında münaqişə var idi. Bu zaman Səbinə bizə qulaq asmadan qapıdan çıxıb. Mən gələnə kimi gördüm ki, Səbinə qışqırdı. Çatanda artıq can verirdi”.

Ən Çox Oxunan