18.6 C
Gence
18.6 C
Gence

Səfir Ann Buayon Gəncə haqda yazıb

Fransa səfiri Gəncə ilə bağlı paylaşım edib. Bu haqda 17 may tarixində səfirin Twitter hesabına istinadən məlumat veririk.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon şəhərimizin qonağı olub. O, burada Niyazi Bayramov və ADAU-nun rəsmiləri ilə tanış olduğunu, “Azəralüminium”a baş çəkdiyini yazıb.

Həmçinin səfir Gəncə Dövlət Universitetində Fransız dili fakültəsinin professor və tələbələri ilə görüşdüyünü bildirib. Tədbir Aleksandr Düma adına auditoriyada baş tutub.

“Gəncəyə çox maraqlı səfərim başa çatır. Kənd təsərrüfatı, sənaye və akademik sahədə əməkdaşlıq potensialını müzakirə etdik. Mən bu gözəl bölgənin inkişafı ilə maraqlanan peşəkarlarla görüşməkdən həzz aldım. Hamısına ürəkdən təşəkkür edirəm”, – deyə xanım Buayon yazıb.

Ən Çox Oxunan