24.1 C
Gence
24.1 C
Gence

Rusiyalı müəllim Gəncədə seminar keçib

Gəncədə 9 dekabr tarixində Rusiyadan gələn akademik mühazirə söyləyib. Bu haqda Azərbaycan Dövlət Aqrar Universiteti məlumat paylaşıb.

Rusiya Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, akademik Anatoliy Stekolnikovun keçdiyi seminarın mövzusu “Ev heyvanlarının klinik biokimyası” olub. Burada baytarlıq ixtisasının tələbələri iştirak ediblər. Akademik mühazirəsində biokimyanın geniş və hərtərəfli inkişafının əhəmiyyətindən bəhs edib.

Xatırladaq ki, Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetindən bir qrup professor-müəllim və tələbə heyəti hazırda ADAU-da səfərdədir.

Ən Çox Oxunan