17.7 C
Gence
17.7 C
Gence

Rusiyalı elm işçiləri Gəncədə erməni terrorunun nəticələri ilə tanış olublar

Gəncədə səfərdə olan bir qrup rusiyalı professor-müəllim və tələbə heyəti erməni terrorunun nəticələri ilə tanış olublar. Bu haqda məlumat Azərbaycan Dövlət Aqrar Universitetinin saytında paylaşılıb.

Onlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar. Münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları edilib. Nəticədə aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb.

Qonaqlar erməni terroru nəticəsində yerləbir olmuş yaşayış binasının ətrafına həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto

Ən Çox Oxunan