19.7 C
Gence
18.5 C
Ganja

Rus Pravoslav kilsəsinin baş keşişi Baş konsulluğa başsağlığı verib

Türkiyənin Gəncədəki Baş konsulluğuna ziyarətlər davam edir. Bu haqda Gencexeber.az-a 8 fevral tarixində məlumat daxil olub.

Dünəndən başlayan insan axını davam edir. Bu gün din xadimləri Baş konsulluğun qarşısına gələrək güllər qoyub, başsağlığı veriblər. Onların arasında Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov da olub.

Xatırladaq ki, iki gün öncə Türkiyənin cənubunda 7.7 maqnitudalı zəlzələ baş verib. Ölənlərin sayı artıq 8574 nəfərə çatıb.