13.6 C
Gence
13.6 C
Gence

Əri tərəfindən gözləri çıxarılan qadın müsahibə verib

Gəncədə gözləri çıxarılan qadın tamamilə kor oldu. Bu haqda 12 noyabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Hazırda xəstəxanada olan 40 yaşlı Hüsniyə Quliyevadan müsahibə alınıb. Qadın bildirib ki, əri öncədən plan qurub.

“Qızımı qonşuya yolladı. Özü belə plan qurmuşdu. Oğlum isə işdə idi. Dedim, boşanmaq istəyirəm. Bunu deyəndə vurdu məni. Yerə yıxıb üstümə oturdu. Nə qədər qışqırsam da, əli ilə ağzımı tutdu”, – deyə zərərçəkmiş qeyd edib.

Yaxınları bildirib ki, Səttar Cəlilovun son zamanlar psixoloji problemləri olub. Ailədaxili münaqişələr də bu səbəbdən baş verirdi.

Qeyd edək ki, qadın bir aya yaxın idi ki, 11 yaşlı qızı ilə ata evində qalırdı.

Ən Çox Oxunan