25.8 C
Gence
25.8 C
Gence

Respublikanın Əməkdar məşqçilərinin doğum günləri qeyd edilib

Gəncədə əməkdar məşqçilərin doğum günləri qeyd edilib. Bu haqda Gencexeber.az 7 dekabr tarixində məlumat verir.

Tədbir Gənclər və İdman Baş İdarəsində baş tutub. Burada Xüsusi Olimpiya Komitəsinin pauerliftinq (ağırlıqqaldırma) üzrə respublikanın baş məşqçisi, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, “Respublika dərəcəli hakim” Natik Əliyevin 50 illik yubileyi və SSRİ İdman Ustası, Azərbaycanın Əməkdar məşqçisi, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Mübariz Hüseynovun doğum günü qeyd olunub.

Tədbirdə idarənin rəisi Həmid Nəsirov və Gəncə şəhərinin idman ictimaiyyətinin nümayəndələri səbəbkarları doğum günü münasibətilə təbrik ediblər. Tədbirin sonunda Baş İdarə tərəfindən Bədən tərbiyəsi və idman sahəsində verdikləri töhfələrə görə Natik Əliyev və Mübariz Hüseynov Fəxri Fərmanla təltif ediliblər.

Sonda xatirə şəkli çəkdirilib.

Ən Çox Oxunan