Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb. Bu haqda 19 yanvar tarixində Report.az-a istinadən xəbər veririk.
Mədəniyyət nazirin səlahiyyətlərini icra edən Adil Kərimlinin imzaladığı əmrə əsasən, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar yanvarın 19-u vəzifədən azad edilib. 38 yaşlı V. Cənnətov 2021-ci ildən həmin vəzifəni icra edirdi.
Daha öncə o, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.