Region Liqasında 2021/2022-ci illər mövsümünün püşkü atılıb. Gəncə iki komanda ilə təmsil olunacaq. Bu haqda Gencexeber.az 25 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
AFFA-nın inzibati binasında baş tutan tədbirdə turnirin oktyabrın 30-da start veriləcəyi bildirilib.
“Gəncə” və “Qoşqar UGİM-2” komandaları Şimal – Qərb və Qərb regionundan olan digər futbol klublar ilə görüşəcəklər.
Qeyd edək ki, püşt nəticəsində Gəncə təmsilçiləri birinci tur çərçivəsində bir-biriləri ilə görüşəcəklər.