16.4 C
Gence
16.4 C
Gence

Rauf Avşarova “Tərəqqi” medalı təqdim edilib

Estoniyada fəaliyyət göstərən “Rauf Avşar” Kukla Teatrının bədii rəhbəri Rauf Avşarov təltif olunub. Bu haqda avqustun 20-si Report.az-a istinadən məlumat veririk.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rauf Avşarovla görüşüb. Sədr Azərbaycan mədəniyyətinin Estoniyada təbliğ olunması istiqamətində həmyerlimizin gördüyü işləri yüksək qiymətləndirib. Estoniyadakı diaspor təşkilatlarının, Tallin şəhərindəki Azərbaycan Evinin həyata keçirdiyi fəaliyyət istiqamətlərindən danışılıb.

Rauf Avşarova Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində, Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunmuşdur. Muradov “Tərəqqi” medalını mədəniyyət işçisinə təqdim edib.

Qeyd edək ki, Rauf Avşarov 17 aprel 1952-ci ildə Gəncədə dünyaya gəlib.

Ən Çox Oxunan