Gəncədə Heydər Əliyevin yubileyi münasibətilə konsert baş tutub. Bu haqda Gencexeber.az 11 may tarixində məlumat verir.
Tədbir ötən axşam Heydər Əliyev adına park kompleksində, Zəfər tağının qarşısında İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Konsertdə Türkiyənin məşhur müğənnisi Rafet El Roman çıxış edib. Onu dinləmək üçün minlərlə insan parka toplaşıb.
Şəhərimizdə böyük coşqu ilə qarşılanan müğənni həmin anları sosial şəbəkə hesabından paylaşaraq, onu dinləməyə gələnlərə təşəkkür edib.
Konsertin sonunda atəşfəşanlıq olub.