5.8 C
Gence
5.8 C
Gence

Rəqqaslarımız müsabiqədə 3 kubok sahibi olublar

Gəncəli uşaqlardan ibarət rəqs ansamblı mükafatlandırılıb. Bu haqda 28 mart tarixində Gəncə Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.

Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” rəqs ansamblı “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku 2022” festivalında iştirak ediblər. Müsabiqə Şəki şəhərində təşkil olunub. Təmsilçilərimiz 2 rəqslə I yerə, 1 rəqslə II yerə layiq görülüblər. Ümumilikdə onlar 3 ədəd kubokun sahibi olublar.

Ən Çox Oxunan