10.3 C
Gence
10.3 C
Gence

Ər hərbçi arvadının başını kəsib

Gəncə sakini əri tərəfindən qətlə yetirilib. Bu haqda 31 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə Goranboy rayonunun qaçqınlar şəhərciyində baş verib. 29 yaşlı Gəncə şəhər sakini Zəhra Babayeva çoxsaylı bıçaq xəsarətləri alıb. Nəticədə qadın dünyasını dəyişib.

Onun həyat yoldaşı 28 yaşlı baş leytenant, Naxçıvan Muxtar Respublikası Kəngərli rayon sakini Bəbir Həsənli polis tərəfindən saxlanılıb. Həsənli könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, cütlük bir neçə həftə öncə ailə həyatı qurub. Mübahisəyə səbəbin qadının boşanmaq istəməsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan