15.3 C
Gence
15.3 C
Gence

Qurumuş qovaq ağacı avtomobilin üzərinə aşıb

Gəncədə ağac maşının üstünə yıxılıb. Bu haqda 18 aprel tarixində Kanal S-ə istinadən məlumat veririk.

Hadisə şəhərin 3-cü mikrorayonu ərazisində qeydə alınıb. Bina 15-in qarşısındakı qurumuş qovaq ağacı kökündən çıxaraq tikilinin qarşısında park edilmiş avtomobilin üzərinə düşüb. Nəticədə xəsarət alan olmayıb.

Sakinlər və avtomobil sahibinin sözlərinə görə, qəzalı vəziyyətdə olan ağacın kəsilməsi ilə bağlı 1 ildən çoxdur ki, aidiyyəti qurumlara müraciət edilib. Onlara ağacın kəsilməsinə görə müsbət cavab məktubu gəlsə belə, məsələ öz həllini tapmayıb.

 

Ən Çox Oxunan