24.7 C
Gence
24.7 C
Gence

Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Gəncəyə səfər ediblər

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları arasında 19 oktyabr tarixində təcrübə mübadiləsi aparılıb. Bu haqda Quba Soyqırımı Memorial Kompleksi məlumat paylaşıb.

“Nizami Gəncəvi İli” münasibəti ilə Gəncəyə səfər baş tutub. Kompleksin əməkdaşları Nizami Gəncəvinin məqbərəsini, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyini və Şah Abbas məscidini ziyarət ediblər.

Onlar Gəncədə erməni terroru zamanı dağılmış ərazilərə də baş çəkiblər, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Ən Çox Oxunan