11.9 C
Gence
11.9 C
Gence

Quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə müəssisələrin birində nöqsanlar aşkarlanıb. Bu haqda 7 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.

AQTA müfəttişləri Q.Nəbi küçəsi, 9 ünvanında fəaliyyət göstərən, Rövşən Məhərrəmova məxsus quş əti emalı müəssisəsində yoxlama keçiriblər. Nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.

Emal prosesində istifadə olunan avadanlıqların vaxtında təmizlənib dezinfeksiya olunmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Ən Çox Oxunan