15.3 C
Gence
15.3 C
Gence

İqor Makeyev küçəsində yanğın olub

Gəncədə daha bir yanğın hadisəsi baş verib. Bu haqda 17 may tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin İqor Makeyev küçəsində qeydə alınıb. Yanğın 68 yaşlı Çingiz Cəfərova məxsus evdə olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb. Alovun evin qalan hissəsinə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan