25.5 C
Gence
17.5 C
Ganja

Qeyri-neft sektoru ilə bağlı tədbir keçirilib

Gəncədə elmi konfrans təşkil olunub. Bu haqda 30 may tarixində ADAU-ya istinadən məlumat veririk.

“Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda respublika elmi-praktik konfransı Heydər Əliyevin 100 illiyinə həsr olunub. Tədbir Azərbaycan Dövlət Aqrar Unviersitetində (ADAU) keçirilib.

Burada ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov, Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, icra başçısı Niyazi Bayramov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop və Ege Universitetinin rektoru Necdet Budak, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev və “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli çıxış ediblər. Onlar mövzu ətrafında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budaka Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru diplomu və mantiyası təqdim olunub.