Gəncədə pravoslav kilsəsi ziyarət olunub. Bu haqda 24 may tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat veririk.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-islam dini icmaların nümayəndələri Aleksandr Nevski Rus Pravoslav kilsəsinə baş çəkiblər. Bildirilib ki, bu gün Azərbaycanda yalnız məscidlər deyil, kilsə və sinaqoqlar da sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir.
Qeyd olunub ki, respublikamızda dini və tarixi abidələr dövlət tərəfindən qorunur. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır.
Sonra kilsənin baş keşişi tərəfindən dini ayin icra olunub, dualar oxunub.