13 C
Gence
13 C
Gence

Qeyri-Hökümət Təşkilatlarının üzvləri Gəncəyə səfər ediblər

Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarının (QHT) üzvləri 3 oktyabr tarixində Gəncəyə səfər ediblər.

Onlar ilk öncə Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarət ediblər.

Daha sonra, Heydər Əliyev Mərkəzində 100-ə yaxın QHT təmsilçisinin iştirakı ilə konfrans keçirilib. Tədbirdə erməni terroru nəticəsində zərər çəkən ailələrin üzvləri də iştirak ediblər.

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ilk raket atmasından 1 il ötür.

4 oktyabr 2020-ci il tarixində olan raket atəşi nəticəsində 1 mülki şəxs həlak olmuşdur, 32 nəfər isə yaralanmışdır. Yaralanan mülki şəxslərdən biri 77 yaşlı erməni əsilli Karina Qriqoryan idi.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan