20.8 C
Gence
20.8 C
Gence

Qazilər üçün açıq tender təşkil olunacaq

Gəncədə mənzillər açıq tenderə qoyulacaq. Bu haqda 23 may tarixində Fed.az-a istinadən məlumat veririk.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tenderində ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Gəncədə 1, 2 və 3 otaqlı mənzillərin satın alınması nəzərdə tutulur.

İştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə və ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender namizədlər lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanından ala bilərlər. İştirak haqqı 300 manat təşkil edir.

Ətraflı məlumat üçün (012) 526-01-01 (2637) nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Ən Çox Oxunan