17.5 C
Gence
17.5 C
Gence

Qazax sakini Gəncədə tutulub

Gəncədə oğurluq hadisələri baş verib. Bu haqda 4 may tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.

4-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Qazax rayon sakini E.Rzayev saxlanılıb. O, Gəncə şəhəri ərazisindəki inşası başa çatmamış 2 evdən ümumilikdə 21.200 manat dəyərində məişət əşyaları, inşaat materialları, 6 ədəd qapı, generator, təmir alətləri oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan