21.4 C
Gence
21.4 C
Gence

Qaxlı aktyorlar Gəncəyə səfər zamanı həlak olmuş dinc sakinlərin xatirəsini yad ediblər

“Nizami Gəncəvi İli” ilə əlaqədar Qax Dövlət Kukla teatrının heyəti Gəncəyə səfər edib.

Bir neçə gün səfərdə olan kollektiv gəncəli həmkarları ilə görüşüblər. Daha sonra Nizami Gəncəvinin məqbərəsi ziyarət olunub. Onlar Gəncə Dövlət Dram Teatrının yeni tikilən binası ilə tanış olublar.

Səfər zamanı heyət tərəfindən Vətən müharibəsində dağılmış evlər yerləşdiyi əraziyə baş çəkilib. Dinc sakinlərin xatirəsi yad edilmişdir.

Qaxlı aktyorlar həmkarlarına “Nizami Gəncəvi İli” ilə əlaqədar hazırladıqları “Xeyir və Şər” tamaşasını, Gəncə teatrının aktyorları isə “Düyməcik” tamaşasını oynayıblar.

Ən Çox Oxunan