Bakı-Gəncə qatarının biletlərinin qiyməti azaldılıb. Bu haqda 8 iyul tarixində Report-a istinadən məlumat veririk.
“Azərbaycan Dəmir Yolları” QSC mövsümi endirim kampaniyasına start verib. Bu gündən başlayaraq üç ay müddətində standart (ekonom) yerlər üçün biletin qiyməti 15 manat təşkil edəcək. Endirim kampaniyası biznes və birinci klass yerlərə şamil olunmur.
Qeyd edək ki, qatar Bakıdan hər gün saat 08:00-da çıxıb, 11:40-da Gəncəyə çatır. Daha sonra 18:00-da Gəncədən yola düşərək 21:35-də Bakıya qayıdır.
Xatırladaq ki, mart ayında gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata qaldırılmışdır.