14.7 C
Gence
14.7 C
Gence

Qanunsuz tikinti ilə məşğul olan şəxslərə xəbərdarlıq edilib

Gəncədə qanunsuz tikililərlə bağlı reydlər keçirilib. Bu haqda 12 mart tarixində Gəncə şəhər İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İH-nin Aparatının Memarlıq və tikinti şöbəsinin nümayəndələri şəhər ərazisində qanunsuz torpaq zəbti və tikililərlə bağlı yoxlamalar keçirib. Reydlər Heydər Əliyev, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai prospektləri, 28 May, Mirzə Abbas Abbaszadə küçələrində baş tutub. Nəticədə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən və layihə sənədləri olmadan tikinti işləri aparan vətəndaşlara xəbərdarlıq edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb.

Qeyd olunub ki, reydlər mütəmadi olaraq davam edəcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

 

Ən Çox Oxunan