Gəncə şəhər sakini qanunsuz ov silahı saxlayıb. Bu haqda 13 may tarixində xəbər veririk.
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qanunsuz saxladığı “Toz-16” markalı ov tüfəngi və 3 ədəd patron aşkar olunaraq götürülüb.