25.8 C
Gence
25.8 C
Gence

“Qan ver, yaşat” adlı könüllü aksiya baş tutub

Gəncədə qanvermə aksiyası olub. Bu haqda 23 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

“Qan ver, yaşat” adlı aksiya qana ehtiyacı olanların tələbatını ödəmək məqsədi daşıyıb. Könüllü aksiya Mərkəzi Qan Bankının Gəncə bölməsində baş tutub. Burada şəhər sakinləri qana ehtiyacı olanlar üçün donor olublar.

Onların sağlamlığı və götürülən nümunə infeksiyalara qarşı yoxlanıldıqdan sonra donor olmalarına icazə verilib. Bildirilib ki, 18 yaşından 60 yaşa kimi olan, çəkisi 50 kq-dan yuxarı özünü sağlam hiss edən hər kəs donor ola bilər. Kişilər 2 aydan, qadınlar isə 3 aydan bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərti ilə qan verə bilərlər.

Qeyd edək ki, Mərkəzi Qan Bankının Gəncə bölməsi qərb zonasını əhatə edir və qana ehtiyac olanlar üçün qan tədarük edir. Regionda 140 nəfər irsi qan xəstəliyindən əziyyət çəkir. Onlardan 120-si talassemiya, 20-si isə hemofiliya xəstəsidir.

Ən Çox Oxunan