Gəncə təmsilçisi bu gün matça çıxacaq. Bu haqda 7 noyabr tarixində Voleybol Federasiyasına istinadən məlumat veririk.
Azərbaycan Çempionatı Yüksək Liqanın V turu çərçivəsində “Gəncə” VK-nın qadınlardan ibarət komandası rəqibi ilə qarşılaşacaq. Təmsilçimiz “Murov Az Terminal”a qarşı oynayacaq.
Matç bu gün, 7 noyabr saat 18:00-da keçiriləcək. Oyun canlı olaraq CBC Sport telekanalı vasitəsilə yayımlanacaq.