12.5 C
Gence
10.5 C
Ganja

Qadınlar biznes bacarıqlarının inkişafına dair maarifləndirilib

“Gəncə qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təlimlərə başlanılıb. Bu haqda Gencexeber.az-a 21 oktyabr tarixində məlumat daxil olub.

Təlim zamanı öz biznes ideyası ilə fərqlənən və məqsədi biznes fəaliyyətinə başlamaq olan qadın və qızlara biznes-sahibkarlıq bilikləri, bacarıqları və imkanları barədə məlumat verilir. 4 günlük kursdan sonra dəyirmi masa görüşü də təşkil ediləcək.

Layihənin əsas məqsədi şəhərimizdə yaşayan 18-29 yaş arası olan qadın və qızların ilkin sahibkarlıq-biznes üzrə bilik və bacarıqlarının formalaşdırılması və real sahibkarlıq bazarına çıxış imkanlarının artırılmasıdır.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra olunur.

Ən Çox Oxunan