Gəncədə baş verən, sosial şəbəkələrdə yayılmış görüntülər müzakirələrə səbəb olub. Bu haqda 17 aprel tarixində Oxu.az-a istinadən məlumat veririk.
Ötən gün küçələrdən birində qadının kəsici alətlə özünə xəsarət yetirməsi videosu yayılıb. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib.
Bildirilib ki, bunu şəhər sakini A. Abbasəliyeva həyat yoldaşı Bayram Qurbanovun oğurluq etdiyi üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmasına görə edib. Polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. A. Abbasəliyevaya tibbi yardım göstərilib. Qadının səhhətinin normal olduğu deyilir.
Vətəndaşla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.