Gəncəyə gələn şəxs oğurluq üstündə saxlanılıb. Bu haqda 25 aprel tarixində Qaynarinfo-ya istinadən məlumat veririk.
55 yaşlı Zemfira (ad şərtidir) Ağcabədidən Gəncəyə gələrkən Bərdədə avtobusdan düşüb. Burada o, marketə daxil olub və 4 ədəd 1 kiloqramlıq yağı paltarının arasına qoyaraq oğurlayıb. Daha sonra oğurladığını bazarda ədədini 10 manata satıb.
Sonra o, yolda həmin şəbəkənin başqa mağazasına daxil olub, nəzarətin zəif olduğunu görüb və eyni üsulla kolbasa və yağ oğurlayıb. Bunları da tanımadığı bir şəxsə satıb.
Məhkəmə qərarı ilə qadın 23 günlük inzibati qaydada həbs olunub.