Gəncədə spartakiada yarışları davam edir. Bu haqda 6 mart tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə sağlamlıq spartakiadası” aparılır. Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli tam orta məktəbin idman zalında keçirilən növbəti yarış voleybol idman növü üzrə qızlar arasında olub.
Qeyd edək ki, spartakiada may ayınadək davam edəcək və 7 idman növü üzrə yarışlar baş tutacaq.