21.4 C
Gence
20.5 C
Ganja

Qəza zamanı ağır xəsarətlər alan polis mayoru vəfat edib

Gəncədə polis mayoru dünyasını dəyişib. Bu haqda iyulun 15-i Unikal-a istinadən məlumat veririk.

Polis mayoru Qubat Qasımov bir müddət öncə avtomobil qəzasında ağır xəsarət almışdır. O, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin ictimai təhlükəsizlik böməsinin rəisi idi.

Xəstəxanaya yerləşdirilən polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.