17.5 C
Gence
17.5 C
Gence

Qız basketbolçularımız Uşaq və Gənclər Basketbol liqasının yarımfinalındadırlar

Gəncənin qız basketbolçuları yaşıdları ilə mübarizəyə qatılıblar. Bu haqda 5 aprel tarixində Basketbol Federasiyasına istinadən məlumat veririk.

Azərbaycan Basketbol federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində Uşaq və Gənclər Basketbol liqası keçirilir. Burada Nizami yurdunu U-13 və U-15 qrupları üzrə təmsil edən basketbolçu qızlar finalın bir addımlığındadırlar.

Yarımfinal mərhələsində U-15 komandamız 8 aprel tarixində saat 13:00-da “BBA” ilə, U-13 isə 14:30-da “UGİM-11” ilə qarşılaşacaq.

Ən Çox Oxunan