14.7 C
Gence
14.7 C
Gence

Qəssabxanalarda yoxlamalar keçirilib

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər aparılır. Bu haqda 30 avqust tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.

Qurumun müfəttişləri Gəncədə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində monitorinqlər keçiriblər. Yoxlamalar zamanı bir sıra qəssabxanalarda qanunsuz metal konstruksiyalar sökülüb.

Həmin obyektlərin siyahısı aşağıdakı kimidir:

  • Atabəylər küçəsində yerləşən, Faiq Əsgərova məxsus məntəqə;
  • Nəriman Nərimanov prospektində yerləşən, İlqar Hümbətova məxsus məntəqə;
  • Gülüstan qəsəbəsində yerləşən, Rövşən Ramazanova məxsus məntəqə;
  • Təbriz küçəsində yerləşən, Pərviz Sadıqova məxsus məntəqə;
  • Ruzigar Qasımov küçəsi, 85 ünvanında yerləşən, Elman Mövlayevə məxsus məntəqə.

Ən Çox Oxunan