14.7 C
Gence
14.7 C
Gence

Qəssabxanalarda qurğular və qanunsuz metal konstruksiyalar sökülüb

Qanunsuz heyvan kəsiminə qarşı reydlər keçirilib. Bu haqda sentyabrın 30-u Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.

Qurumun müfəttişləri Gəncədə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində monitorinqlər aparıblar. Yoxlamalar zamanı 4 qəssabxanada nöqsanlar tapılıb.

Belə ki, Nahid Əliyevə məxsus Yeni Gəncə qəsəbəsində yerləşən qəssabxanada qanunsuz metal konstruksiyalar sökülüb. Eyni tədbirlər Zərrabi küçəsi, 159 ünvanında olan Həsən Həsənova məxsus ət kəsimi məntəqəsində də görülüb.

Bundan başqa, 28 May və İsmət Qayıbov küçələrində yerləşən Elfaq Zalova və Muğamat Hacıyevə məxsus qəssabxanalarda yenidən bərpa olunmuş qurğular sökülüb.

Ən Çox Oxunan