16.9 C
Gence
16.9 C
Gence

Qərib Mehdinin 50-ci kitabı təqdim olunub

Gəncədə Qərib Mehdinin yeni kitabının təqdimat mərasimi baş tutub. Bu haqda Gencexeber.az-a 3 may tarixində məlumat daxil olub.

Tədbir Mərkəzi Kitabxananın oxu zalında təşkil olunub. Mərasimdə şairin 50-ci kitabı olan “Xatırla ki, yaşayım” təqdim edilib. Buraya şairlər, yazarlar, jurnalistlər və Qərib Mehdinin yaradıcılığını sevənlər qatılıblar.

Mərasimdə yazıçı-jurnalist Nüşabə Məmmədova, Gəncə Yazıçılar şöbəsinin rəhbəri, şairə Xəzangül Hüseynova, jurnalist Firəngiz İdrisqızı və bir çox natiqlər kitabdan, yazıçının yaradıcılığından, onun şəxsi keyfiyyətlərindən danışıblar.

Ən Çox Oxunan