18.6 C
Gence
18.6 C
Gence

Qərb bölgəsinin pravoslavları Aleksandr Nevski kilsəsinə toplaşıblar

Gəncədə Pasxa bayramı qeyd olunub. Bu haqda 17 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Pravoslavlar şəhərdəki Aleksandr Nevski kilsəsinə toplaşıblar. Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə gələrək,  İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər.

Mərasimlərə İcra Hakimiyyətinin və DQİDK Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri də qatılıblar. Bayram münasibətilə icra edilən ayinlərdən sonra Prezident İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar edilib.

İcra Hakimiyyəti tərəfindən Nevski Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

Ən Çox Oxunan