Xalqımızın böyük bəstəkarının məzarı ziyarət olunub. Bu haqda məlumatı avqustun 1-i Gəncə Regional Mədəniyyət İdarəsinə istinadən veririk.
İyulun 31-i Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin vəfatının ildönümü ilə bağlı məzarı ziyarət olunub. Ziyarətdə adıçəkilən qurumun rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və mərhum sənətkarın qohumu İlyas Xəlilov iştirak ediblər. Bəstəkarın xatirəsi anılıb, abidəsi önünə tər güllər qoyulub.
Xatırladaq ki, Qəmbər Hüseynli haqda geniş məqalə hazırlayıb oxuyucularımıza təqdim etmişdik.