Gəncədə bəstəkar Qəmbər Hüseynlinin xatirəsi anılıb. Bu haqda 17 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub. Tədbirdə icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, kollec direktorları, həmçinin bəstəkarın ailə üzvləri iştirak ediblər.
İlk öncə bəstəkarın məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Daha sonra burada yeni salınan parkın açılışı olub. Tədbir zamanı iştirakçılara görkəmli bəstəkarın həyat və yaradıclığı barədə ətraflı məlumat verilib.
Daha sonra Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstələrinə yazılan şeirlər səsləndirilib.
Qeyd edək ki, yeni istifadəyə verilən parkda uşaqların oynaması üçün müxtəlif attraksionlar quraşdırılıb, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilib.