Azərbaycanda elm və təhsil sahəsində bir sıra dəyişikliklər olub. Bu haqda 29 iyul tarixində Prezident.az saytına istinadən məlumat veririk.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin tabeliyində olan 3 institut – Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemlər İnstitutu və Nəbatat bağı Təhsil Nazirliyinin tabeliyinə verilib.
Öz növbəsində, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub.
Ümumilikdə Elm və Təhsil Nazirliyinə AMEA-ya daxil olan 37 struktur birləşib.