16.9 C
Gence
16.9 C
Gence

Prezident Gəncə Dövlət Dram Teatrının aktrisalarını mükafata layiq görüb

Gəncə Dövlət Dram Teatrının aktrisaları təltif olunublar. Bu haqda 8 may tarixində Prezident.az saytına istinadən məlumat veririk.

Prezident İlham Əliyev səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinin mükafatlandırılması barədə Sərəncam imzalayıb. Sənədə əsasən, respublikanın Əməkdar artisti Sevda Orucova və Xalq artisti Pərvanə Qurbanova Azərbaycan Respublikası Prezidentinin Mükafatı ilə təltif olunacaqlar.

Xatırladaq ki, daha öncə aktrisalar Prezident tərəfindən müavinətə layiq görülüblər.

Ən Çox Oxunan