Gəncədə piyadanın ölümü ilə bağlı cinayət işi araşdırılır. Bu haqda məlumatı iyunun 10-u Report-a istinadən veririk.
Xatırladaq ki, hərəkətdə olan “KİA” markalı minik maşını yolu keçmək istəyən 40 yaşlı Şöhrət Namazovu vurmuşdur. Hadisə iyunun 8-i saat 22:00 radələrində Nizami Gəncəvi prospektində baş vermişdi. Zərərçəkən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdir.
Daha sonra məlum olub ki, Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.
Hazırda faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində cinayət işi açılıb, istintaq aparılır.