24.7 C
Gence
24.7 C
Gence

Polis orqanlarında işləmək istəyən 400-ə yaxın gənc növbəti tura buraxılıb

Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində olub. Bu haqda məlumatı sentyabrın 23-ü Report.az-a istinadən veririk.

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində sıra baxışı keçirib. Tədbir zamanı bildirilib ki, Gəncədə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı şərtlərə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. Seçim turunun növbəti mərhələsinə buraxılanlardan 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.

Ən Çox Oxunan