25.5 C
Gence
17.5 C
Ganja

Polis əməkdaşımız fransız boksu üzrə Respublika birincisi olub

Gəncəli idmançı savat döyüş növü üzrə yüksək nailiyyət əldə edib. Bu haqda məlumatı iyunun 4-ü Kəpəz televiziyasına istinadən veririk.

Adıçəkilən idman növü əsasən fransız boksu adlandırılır. Abşeron Olimpiya İdman Kompleksində Respublika birinciliyi keçirilib. Yeniyetmə, gənc və böyüklər arasında keçirilən çempionata müxtəlif bölgələrdən ümumilikdə 300-ə yaxın idmançı qatılıb.

Paytaxtdakı mübarizələrdə Gəncəni 1 döyüşçü təmsil edib. 80 kiloqram çəki dərəcəsində çıxış edən Sənan Babazadə bütün rəqiblərini yenərək qızıl medal qazanıb.

Sənan respublika birincisi olmaqla dünya çempionatına vəsiqə qazanıb. Gəncəli idmançı sentyabr ayının sonunda İtaliyanın Milan şəhərində keçiriləcək mundialda iştirak etmək imkanı əldə edib.

Əvvəllər taekvondo və universal döyüş növlərində çıxış edən Sənan polis əməkdaşıdır. Döyüşçü Gəncə Şəhər Baş Polis İdarəsinin xüsusi təyinatlı bölüyünün baş serjantıdır.