25.3 C
Gence
19.5 C
Ganja

Polis əməkdaşları mağazada alovun qarşısını alıblar

Mağazada yanğın baş verib. Bu haqda məlumatı iyunun 7-si Trend-ə istinadən veririk.

Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin xidmətdə olan əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Mağazanın yandığını görən polis əməkdaşları aidiyyəti qurumlara xəbər verib və hər hansı bir oğurluq hadisəsinin baş verməməsi üçün müvafiq tədbirlər görüblər.

Daha sonra polislər içəri daxil olublar. Yanğınsöndürmə balonunun köməyi ilə alov söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.