22.5 C
Gence
22.5 C
Gence

Polis əməkdaşları bir sıra əməliyyat keçiriblər

Gəncədə bir sıra şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu haqda Gencexeber.az-a 8 may tarixində məlumat daxil olub.

Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə, odlu silah əldə edib saxlamaqda, habelə mağaza və evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İlqar Ələkbərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumulikdə 27 ədəd narkotik tərkibli güclü təsiredici həblər aşkar edilərək götürülüb.

Bundan başqa, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Elçin Əliyev saxlanılıb. Üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 ədəd lüləsi və qundağı kəsilmiş müxtəlif markalı ov tüfəngi, həmçinin 2 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarənin Cinayət-Axtarış İdarəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evlərindən ümumi dəyəri 10.000 manatdan çox olan tikinti və məişət əşyalarını oğurlayan şəxslərin Emin Rzayev və Ruslan Məmmədov olmaları müəyyən olunub. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən Atəş Paşayev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan