Gəncədə dilənçilərlə bağlı növbəti tədbir keçirilib. Bu haqda 7 noyabr tarixində DİN-ə istinadən məlumat veririk.
Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların narazılığına səbəb olan şəxslərlə bağlı tədbir təşkil olunub.
Nəticədə ümumilikdə 15 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.