14.7 C
Gence
14.7 C
Gence

Piyadalar yolun digər tərəfinə keçməkdə çətinlik yaşayırlar

Gəncədə silinmiş piyada keçidləri hərəkət iştirakçıları üçün çətinliklər yaradır. Bu haqda Gencexeber.az-a 24 noyabr tarixində məlumat daxil verir.

Söhbət şəhərin Nizami prospektindəki “Şərikli çörək” təndirxanasının yanından gedir. Burada bir zamanlar çəkilmiş piyada keçidi silinib. Yaranan vəziyyət piyadaların çətinlik çəkməyinə səbəb olur. Onlar sürücülərin sürəti azaltmaması və yol verməməsindən narazılıq bildirirlər.

“Burada yol nişanı var, amma xətlər silinib. Sürücülər nişana məhəl qoymayaraq piyadalara yol vermirlər. Bu küçəni keçəndə çətinlik çəkirik”, – deyə sakinlər qeyd ediblər.

 

Ən Çox Oxunan